Uduzulmuş mərc: rusiyalı Gelandwagen-ini helikopterdən aşağı buraxdı

  • 20 Dekabr 2019

Kareliyada iki rusiyalı “Mercedes Gelandwagen” avtomobilini helikopterdən yerə tullayıb.

Yerli KİV-lərin yaydığı məlumata görə, hadisə uduzulmuş mərcin nəticəsi olaraq baş verib.

İki Moskva sakini mərc ediblər, şərtlərinə əsasən isə uduzan maşınını helikopterdən tullamalı idi.

Moskva ərazisində buna imkan olmadığından yoldaşlar Kareliyaya üz tutublar.

Peski aeroportunda onlar 20 dəqiqəlik uçuş üçün 250 min rubl ödəyiblər. “Gelandwagen” trosla helikopterə bağlanaraq göyə qaldırılıb, təxminən 300 metr hündürlükdən yerə buraxılıb.

Aeroport işçiləri maşının qalıqlarını metal qəbulu məntəqəsinə təhvil veriblər. Onlar baş verəni “presedentsiz hadisə” adlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır