Chip.az ordu.az-a istinadənn xəbər verir ki, “ResearchAndMarkets.com” saytı qlobal helikopter bazarındakı vəziyyətlə bağlı araşdırma aparıb.
Araşdırmada qlobal helikopter bazarı ilə bağlı 2019-2025-ci illərdəki proqnozlar müəyyənləşdirilib.
Sənəddə qeyd olunub ki, növbəti nəsil helikopterlərin inkişafı, artan avtomatlaşdırma, texnoloji inkişaflar və aviasiya sənayesinin genişlənməsi qlobal helikopter bazarının genişlənməsinə səbəb olacaq.
Araşdırmaya görə, mülki və kommersiya dəniz helikopterləri seqmentinin proqnoz dövründə yüksək sürətlə böyüməsi gözlənilir.
Qeyd olunur ki, qlobal helikopter bazarına “Airbus Helicopters SAS” (Fransa), “Bell Helicopters” (ABŞ), “Boeing Company” (ABŞ), “Leonardo SpA” (İtaliya), “Sikorsky-Lockheed Martin” (ABŞ), “Russian Helicopters” (Rusiya) və “Kawasaki Heavy Industries” (Yaponiya) kimi əsas oyunçular daxildir.