Volkswagen 19 MİLYARD AVRO ilə 2020-ci ildə 30-dan çox model buraxacaq - FOTO

  • 20 Dekabr 2019

"Volkswagen" brendi "rəqəmsal transformasiya" yol xəritəsinin çərçivəsində gələcəyin texnologiyalarına və elektrikləşdirməyə 19 milyard avro sərmayə qoyacaq.

Chip.az big.az-a istinadən verdiyi xəbərə görə, 2020-ci ildə marka on iki krossover, səkkiz hibrid və batareyalı avtomobil daxil olmaqla 34 yeni modeli təqdim edəcəkək.

Parisin iqlimlə bağlı razılaşmasını yerinə yetirmək üçün "Volkswagen" 2025-ci ilə qədər istehsal nəticəsində ixrac olunan karbonu ikiqat azaltmağı, 2050-ci ilədək isə tamamilə karbonsuz istehsala keçməyi planlaşdırır.

Bu məqsədlə gələn ilin yay aylarında "ID.3" hetçbeki, daha sonra isə ilk "ID.Next" elektrik krossoveri bazara çıxarılacaq.

Şirkət 2019-cu ilin premyeralarla zəngin olduğunu və bütün yeni modellərin müştərilər tərəfindən bəyənildiyini qeyd edir.

Yeni modellər arasında "Golf 8", "ID.3" elektrik hetçbeki, "T-Cross", "Teramont". "T-Roc R" krossoverləri və "T-Roc Cabrio" kabriolet krossoverinin adını çəkmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır