Fukusima-1 AES-də yerləşən reaktorun üzərində sarkofaq quraşdırılacaq

  • 20 Dekabr 2019

Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) 1 nömrəli reaktorunun üzərində nəhəng sarkofaq quraşdırılacaq.

Chip.az AZƏRTAC-a istinadla xəbər verir ki, nüvə yanacaq elementlərinin əridiyi həmin reaktorda söküntü işləri bundan sonra davam etdiriləcək.

Qeyd edək ki, 2011-ci il martın 11-də baş verən güclü zəlzələ və sunami nəticəsində böyük xəsarət alan AES-də bundan əlavə daha 3 reaktor yerləşir.

Şirkətdən bildirilib ki, sarkofaqın hündürlüyü və uzunluğu 65 metr, eni isə 50 metr olacaq. Onun üzərində reaktorun qırıntılarını çıxarmaq üçün kran quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır