ABŞ Hərbi Hava Qüvvələrinin dünən keçirilən mərasimində qüvvələrin yeni əldə etdiyi MH-139A helikopterləri “Boz Qurd” adlandırılıb.
Chip.az ordu.az-a xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HHQ-nin rəsmisi general Timoti Rey məlumat verib.
Qeyd olunur ki, “Boeing” tərəfindən istehsal olunan helikopterlər Vayominq, Montana, Şimali Dakota, Kolorado və Nebraska ştatlarını əhatə edən qitələrarası ballistik raket sahələrini təhlükəsizlik və dəstəklə təmin edəcək.