Bunları etsəniz Apple-dən 1 milyon dollar qazana bilərsiniz

  • 20 Dekabr 2019

Məşhur haker məsəlinə görə "Hər şeyin çatışmazlığı var". Amma bunu tapmaq düşündüyünüz qədər asan deyil. Bir çox məşhur texnologiya nəhənglərinin məsələn Applenin, Google-nin də sistemi mükəmməl deyil. Hər birinin ayrı ayrılıqda müəyyən boşluqları var. Maraqlısı budur ki, həmin şirkətlər milyardlarla kod xətti arasındakı bu boşluqların yerini müəyyən etməkdə çətinlik çəkirlər. 

Texnologiya şirkətlərinin ən böyük ənənələrindən biri dünya proqram təminatçıları ordusunu açıq olmağa çağırmaqdır. Sözügedən şikətlər yarımçıq boşluqları taparaq buna müvəffəq olanlara çoxlu pul mükafatları və ya digər hədiyyələr təklif edirlər. Həmin şirkətlərdən biri olan Apple yeni zəiflik kateqoriyasını müəyyən edənlər üçün nəzərdə tutduğu mükafatların məbləğini açıqlayıb. 

apple güvenlik açığı

Siyahıda iCloud boşluğu eyni zamanda istifadəçi məlumatlarını oğurlamağa çalışan tətbiqlər də yer alır. Əslində kilid ekranını fiziki müdaxilə ilə açmaq üçün bir yol tapsanız, 100 min dollaradək mükafat ala bilərsiniz. Zəiflik mövzusu Apple üçün sərtləşdikcə və daha vacib proqramlar üçün mükafatlar 1 milyon dollara qədərdir.

Applenin iOS, iPadOS, macOS, tvOS və ya müxtəlif növ cihazlarını işlədən watchOS əməliyyat sistemlərində və son istifadəçi cihazlarında boşluğu tapmaq tələb olunur. Ayrıca aşağıdakı qaydalara da əməl etməlisiniz :

  • Apple-də tapdığınız problemi yönləndirən ilk insan olmalısınız,
  • Apple-nin əvvəlki hesabatı ilə problemi müəyyənləşdirin və Apple-a çatdırın,
  • Apple bu məsələni elan etməzdən əvvəl onu heç kimlə bölüşməyin.

apple

Bundan əlavə, aşkarladığınız problem bir beta proqram təminatı içərisindədirsə, şirkətin mükafat sistemində fərqli əlavələr də ola bilər. 

Nə bilmək olar bəlkə elə bu mükafatın sahibi siz ola bilərsiniz!!

Aida İsaq, Banco.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır