Yaponiya müdafiə büdcəsini təxminən bir faiz artıraraq 5.3 trilyon yen (48.5 milyard dollar) olmaqla rekord müdafiə büdcəsini təsdiqləyib.
Chip.az ordu.az-a istinadən xəbər verir ki, büdcədə adada yerləşmiş ABŞ hərbçiləri üçün 183 milyon dollardan çox maliyyə ayrılacaq.
Qeyd olunur ki, büdcədə yeni nəsil qırıcılar, “Lockheed Martin” tərəfindən istehsal olunan F-35A qırıcıları və s. üçün də vəsait nəzərdə tutulub.