Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

  • 20 Dekabr 2019

Bu gün səhər saat 7 radələrində metronun "İçərişəhər" stansiyasında qatarların birinində texniki nasazlıq yaranıb. 

Chip.az APA-ya istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə məlumat verərək, bildirib ki, qatar sərnişinsiz olmaqla Depoya göndərilib: “Həmin qatarın əvəzinə digər qatar xəttə çıxsa da, "İçərişəhər" istiqamətində 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Nəticədə metropolitendə sərnişin sıxlığı yaranıb. Hazırda dispetçerlər tərəfindən intervalın normaya salınması, ümumi qrafikin bərpası istiqamətində işlər görür. Problem qısa müddətdə aradan qaldırılacaq.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər