CanSat Azərbaycan 2020 tələbə model peyk müsabiqəsi başlayıb

  • 19 Dekabr 2019

Chip.az bildirir ki, “Azərkosmos” ASC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsində uğur qazanan komandaların təltifetmə tədbiri keçirilib.

Tədbirdə artıq ikinci ildir baş tutan “CanSat Azərbaycan” müsabiqəsinin vacibliyi vurğulanıb və bu tədbirin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artrılmasına xidmət etdiyi qeyd olunub.

Daha sonra müsabiqənin final mərhələsində uğur qazanan komandalara – birinci yerin qalibi ADA Universitetinin “CanADA”, ikinci yerin qalibi Bakı Ali Neft Məktəbinin “Can of Duty”, üçüncü yerdə qərarlaşan Bakı Mühəndislik Universitetinin “Caucasus_Sat” komandalarına qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.

Bununla yanaşı, müsabiqədə fəal iştirak edən digər komandalara da həvəsləndirici hədiyyələr verilib. Müsabiqə müddətində göstərdikləri dəstəyə görə komandaların təmsil olunduğu təhsil müəssisələri təşəkkürnamələrlə təltif edilib.

Tədbirin yekununda, həmçinin “CanSat Azərbaycan 2020” müsabiqəsinin başlandığı elan olunub.

Azərbaycanın kosmik proqramına öz töhfəsini verəcək yeni nəsil gənclərin yetişməsi üçün bu cür layihələrin davamlı olaraq keçirilməsi planlaşdırılır. Hətta gələcəkdə analoji regional müsabiqələrin ölkəmizdə keçirilməsi üçün artıq imkan var. Bu isə Azərbaycanın kosmik sənaye ölkəsi kimi beynəlxalq nüfuzuna birbaşa müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır