Forbes Youtube-dan ən çox qazananların adlarını açıqladı (SİYAHI)

  • 19 Dekabr 2019

Forbes dərgisi Youtube platforması üzərindən ən çox qazananların adlarını açıqlayıb.

Chip.az Qaynarinfo-ya istinadən xəbər verir ki, siyahıya illik 26 milyon dollar qazancla 8 yaşlı youtuber Ran Kaji liderlik edir. O, ardıcıl iki ildir ki, YouTube-un ən çox qazananıdır. Ryan 3 yaşında ikən oyuncaq qutusundan çıxaraq, məşhurlaşıb. Onun "Ryan`s World" (Ryanın dünyası) kanalının 22,3 milyon abunəsi var.

İkinci sırada 20 milyon dollar gəlirlə "Dude Perfect", üçüncü sırada isə 5 yaşlı Anastasiya Radzinkaya gəlir. O, son 1 ildə 18 milyon dollar qazanıb.

"Dude Perfect" təxminən 30 yaşlarında olan 5 dostun kanalıdır. Onlar idman, dublyorluq edir və Ginnesin Rekordlarını qırırlar.

6 ədəd Youtube kanalının sahibi olan Anastasiya isə atası ilə birgə uşaqlar üçün video hazırlayır. Onun ən populyar hesabı olan "Like Nastya"nın 42,3 milyon abunəsi var.

İlk onluğa daxil olan digər ən çox qazanan kanalların ardıcıllığı isə belədir:

4. "Rhett and Link" - 17,5 milyon dollar

5. "Jeffree Star" - 17 milyon dollar

6. "Preston (Preston Arsement)" - 14 milyon dollar

7. "PewDiePie (Felix Kjellberg)" - 13 milyon dollar

8. "Markiplier (Mark Fischbach)" - 13 milyon dollar

9. "DanTDM (Daniel Middleton)" - 12 milyon dollar

10. "VanossGaming (Evan Fong)" - 11,5 milyon dollar

Qeyd edək ki, təxmini rəqəmlər 2018-ci ilin 1 iyun tarixindən 2019-cu ilin 1 iyun tarixinə olan göstəricilərdir. Reklam vergisi, agentliklər, vəkil haqları isə bura daxil edilməyib. Rəqəmlər "Captiv8", "SocialBlade" və "Pollstar"ın hesabatları əsasında müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır