Beş yaşlı qız ən çox qazanan YouTube-bloggerlərin üçlüyünə düşüb

  • 19 Dekabr 2019

Amerikanın “Forbes” jurnalı 2019-cu ilin ən çox qazanan You Tube-bloggerlərinin reytinqini dərc edib. Siyahıda üçüncü yeri Krasnodardan olan beş yaşlı Nastya Radzinskaya tutub.

Jurnal onun bir illik gəlirini 18 mln. dollar dəyərləndirib. Radzinskayanın bir neçə YouTube kanalı var, onların arasında Like Nastya Vlog (42,3 mln. abunəçi) və Like Nastya (15,2 mln. abunəçi) kanalları da var.

Videolar Nastyanın gündəlik həyatı ilə əlaqəlidir: onlarda qız dərslərini hazırlayır, atası və dostları ilə oynayır, heyvanxanaya gedir, trambolin üzərində tullanır və s. Forbes yazır ki, hal-hazırda Nastyanın olduğu çarxlar yeddi dildə buraxılır və Legoland və Dannon kimi brendlər bloggerlə əməkdaşlığa milyonlar xərcləyirlər.

Qeyd edək ki, reytinqdə birinci yeri səkkiz yaşlı Rayan Kadji tutub. Forbes onun gəlirini 26 mln. dollar dəyərləndirib.

Forbes-ə görə, ən çox qazanan YouTube-bloggerlərin onluğu:

Ryan Kaji — 23 mln. izləyici, bir ilə $26 mln.Dude Perfect— 47,7 mln. izləyici, bir ilə $20 mln.Nastya Radzinskaya — 107 mln. izləyici, bir ilə $18 mln.Rhett and Link— 4,56 mln. izləyici, bir ilə $17,5 mln.Jeffree Star — 16,8 mln. izləyici, bir ilə $17 mln.Preston— 10,9 mln. izləyici, bir ilə $14 mln.PewDiePie— 102 mln. izləyici, bir ilə $13 mln.Markiplier— 24,6 mln. izləyici, bir ilə $13 mln.DanTDM— 22,2 mln. izləyici, bir ilə $12 mln.VanossGaming— 24,8 mln. izləyici, bir ilə $11,5 mln.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır