Xorvatiyada NATO-nun çoxmillətli aviasiya təlim mərkəzi açılacaq

  • 19 Dekabr 2019

Bolqarıstan, Xorvatiya, Macarıstan və Sloveniya Xorvatiyanın Zadar şəhərində təşkil edilən mərasimdə birgə NATO-nun çoxmillətli xüsusi aviasiya təlim mərkəzinin açılacağını elan ediblər.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, təlim mərkəzi Xüsusi Əməliyyat Qüvvələrinin daşınmasına cavabdeh olan hava nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Qeyd olunur ki, Zadar şəhərindəki təlim mərkəzi helikopterlərə müxtəlif coğrafi şəraitlərdə keçirilən təlimlərdə iştirak etmək şəraiti yaradacaq. Mərkəzin 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır