Bosch velosiped sürücüləri üçün ağıllı eynək yaradıb
19 Dekabr 2019
Dünyanın ən böyük elektronika və istehsalat şirkətlərindən biri olan Bosch elektrikli velosiped sürücüləri üçün ağıllı eynəklərini tanıdıb.
Bosch daha çox ev əşyaları istehsal edən şirkət kimi tanınsa da eyni zamanda dünyanın ən yaxşı velosiped istehsal edən şirkətlərindən biridir. Son zamanlar getdikcə böyüyən bazara yeni modellər təqdim edən Alman nəhəngi Bosch, bu dəfə velosiped sürücüləri üçün ağıllı eynək yaradıb.