Whatsapp-da yaranan bu problemin səbəbi nədir?

  • 19 Dekabr 2019

Dünyanın bütün ölkələrində ən asan mesajlaşma tətbiqetməsi olan “WhatsApp”da yaranan bir xəta göndərilən bir mesajla sistemin tamamən çökməsinə səbəb olur.

Chip.az AzNews.az-a istinadən xəbər verir ki, təhlükəsizlik servisi olan “Check Point” bir qrup söhbətində göndərilən tək bir mesajla hər kəsin “WhatsApp”nı istifadəsiz hala gətirməyin mümkün olduğunu bildirib.

Bunun həyata keçməsi üçün öncə “WhatsApp” veb versiyası istifadə edilməlidir.

Bu zaman veb brauzerdə növbəti paneli açmaq lazımdır. Buradan "bütün qrup üzvləri üçün qəza dövrü" yaratmaq mümkündür.

Bu xəta sadəcə tətbiqetməni silib yenidən yükləməklə həll olunur.

Qeyd edək ki,“WhatsApp” buna bənzər bir problem keçən il də yaşamışdı.

“FakeApp” deyilən təhlükəsizlik proqramı qrup söhbətlərində yazılanların dəyişdirilməsinə və mesajların fərqli formada görünməsinə səbəb olurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır