Sevgilisini sosial şəbəkədə satdı – Güllələnib, yandırıldı

  • 19 Dekabr 2019

ABŞ-da 19 yaşlı qız onu üç il müddətində sataraq istismar edən şəxsi güllələyib.

 

“The Sun”ın xəbərinə görə, Kristul Kizer sevgilisi Pendi Voları öldürüb.

 

Volar Kizeri sosial şəbəkələr vasitəsi ilə sataraq qızı istismar edib.

 

Üç il boyunca cinsi istismara məruz qalan qız oğlanı Viskonsin ştatındakı evində güllələyərək öldürüb.

 

Daha sonra meyiti yandıran qız gizlənib.

 

Kizerin vəkili onun özünü müdafiə etdiyini söyləsə də, ittiham tərəfi qətlin əvvəlcədən planlaşdırıldığını, qızın özünün internet vasitəsi ilə fahişəlik etdiyini deyib.

 

Cinayəti törətdiyi sübut olunarsa, Kizer ömürlük azadlıqdan məhrum edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər