Amazon, Google və Apple ağıllı ev sistemlərinin vahid iş standartını yaradacaq

  • 19 Dekabr 2019

"Amazon", "Google", "Apple" və qurğular arasında simsiz rabitənin işlənib hazırlanması ilə məşğul olan "Zigbee Alliance" şirkətləri birlikdə "ağıllı ev" sistemlərinin vahid açıq protokolunu yaradacaq.

"Apple" şirkətinin saytında yer alan məlumata görə şirkətlərin ortaq layihəsi "Connected Home over IP" adlandırılacaq.

"Layihə istehsalçıların "ağıllı ev" və səsli cihazlarla, məsələn, "Amazon"dan "Alexa", "Apple"dan "Siri", "Google"dan "Assistant" və s. kimi yardımçı xidmətlərlə hərtərəfli işləyə biləcək qurğular yaratmasını asanlaşdırmaq məqsədi daşıyır", - "Apple" şirkətinin yaydığı məlumatda deyilir.

Press-relizdə həmçinin bu cür sistemlərin yeni işləmə standartının açıq və ödənişsiz olacağı vurğulanıb. 

Beləliklə, onunla işləmək üçün "ağıllı ev" sistemləri üçün hazırlanmış istənilən cihazdan istifadə etmək olar.

report.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər