Bu gün səhiyyə sahəsindəki ən böyük problemlərdən biri də orqan çatışmazlığıdır. Bu səbəbdən mütəxəssislər fərqli alternativlərə müraciət etməli olurlar.
Braziliyalı alimlər "bio printer" istifadə edərək kiçik ölçülü insan qaraciyəri hazırlaya biliblər. Tədqiqatçıların fikrincə, bu üsul gələcəkdə orqan çatışmazlığı problemini aradan qaldırmağa kömək edəcək.
Chip.az xəbər verir ki, Braziliyanın "Agencia FAPESP" şirkətinə görə, ölkədəki bir laboratoriyada alimlər kiçik ölçüdə qaraciyər istehsal edə biliblər.
Tədqiqatçılar tərəfindən istehsal olunan mini qaraciyərlər normal ölçülü versiyalar kimi ferment və protein sintezi kimi tapşırıqları yerinə yetirə bilirlər. Lakin hələ də bu qaraciyərlərin funksiyalarını tam yerinə yetirə biləcək səviyyəyə gəlməsinə çox var.

Hal-hazırda orqan çatışmazlığı olan insanlar bir müddət gözləmə siyahısında qalmalı olurlar. Bundan əlavə bağışlanan orqan sayı məhduddur və bu orqanlar xəstələrə həmişə uyğun ola bilər.
Tədqiqatçı Mayana Zatz verdiyi açıqlamada həqiqi bir orqan üçün hələ uzun bir yol olduğunu söyləyib, amma nəticələr ümid vericidir və doğru yolda olduqlarını göstərir.

Hazırda sözügedən orqanda toxumanın əmələ gəlməsi tam müşahidə edilmir, ancaq orqan hələ də öz funksiyalarını yerinə yetirə bilir. Toxuma quruluşu yarandıqdan sonra həqiqi mənada orqanların surətini çıxarmaq və ya çap etmək mümkün olacaq.
Alimlər hazırda tədqiqatın davam etdirilməsi üçün mənbələr axtarırlar. Tədqiqatçılardan biri olan Goulart, kiçik miqyaslı tədqiqatlar apardıqlarını, lakin kifayət qədər maraq və investisiya ilə həqiqi ölçülü orqan araşdırmaları edə biləcəklərini açıqlayıb.
CHİP.AZ