Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" MMC ilə abunəçilər arasında münasibətləri tənzimləyən abunə müqavilələrinə 2.8-ci maddə əlavə ediləcək.
Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, əlavə olunacaq maddəyə əsasən, telekommunikasiya xidmətlərinin göstərilməsi müqabilində ödədilən vəsaitlərdən müxtəlif xidmət və malların alınması ilə əlaqədar abunəçinin müəyyən etdiyi təyinat üzrə bank və sair təşkilatlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilə bilər.
Bu əlavə 8 yanvar 2020-ci il tarixindən etibarən, rəsmi olaraq hüquqi qüvvəyə minərək həm "SimSim" xətt, həm də Fakturalı xətt sistemlərinə aid nömrələrlə əlaqədar münasibətlərdə tətbiq ediləcək.