Dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

  • 19 Dekabr 2019

"Bakıda dumanlı hava şəraitinin müşahidə olmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işini davam etdirir".

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, təyyarələrin qəbulu və göndərilməsi nəzərdə tutulan cədvələ uyğun həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır