Paytaxta ballistik raket yerləşdirildi - Nazirlikdən açıqlama

  • 19 Dekabr 2019

Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvanın qərbinə ballistik raket yerləşdirib.

Chip.az olaylar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı nazirlik yayıb.

Bildirilib ki, Kaluqa bölgəsinə "Yars" ballistik raketi qoyulub. Açıqlamada raketin nüvə daşıyıcıları ilə birlikdə siloslara yerləşdirildiyi də yer alıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ballistik raket yerləşdirmə işini 2020-ci ildə davam etdirəcəyini açıqlayıb. 2021-ci ilə qədər hərbi bölgələrin yarısına "Yars" ballistik raket sistemlərinin yerləşdiriləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər