Süni zəka əsaslı məhsul yerləşdirən startap – Ryff

  • 18 Dekabr 2019

Məhsulları film, TV reklamı və ya Tv şou səhnələrinə virtual olaraq yerləşdirən Ryff Valor Siren 5 milyon dollar investisiya alıb.

Hollywood mərkəzli Ryff virtual və reallığı qarışdıran bu texnologiyanı 23 milyard dollarlıq məhsul yerləşdirmə bazarını alt-üst etmək üçün istifadə etməyi planlaşdırır. Məhsul yerləşdirmə normalda Coca-cola markalı bir içkini Tv şouda səhnəyə həqitətən yerləşdirməklə məhdudlaşır.

Ryffin ən böyük üstünlüyü məhsulu süni zəka vasitəsilə yerləşdirməsidir və markalar original çəkilişdə yerləşdirilən kimi görünür. Bundan əlavə yerləşdirmə zamanı izləyici kütləsi, demoqrafik və coğrafi göstəricilər nəzərə alınır. Qısaca desək əgər məhsulunu yerləşdirmək istəyən şirkət yerləşdirilən məhsulun yalnız konkret kütləyə və konkret ölkələrdə yayımlanmasını istəyirsə Ryff ən gözəl variantdır.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır