Süni zəkanın tam inkişafı bəşəriyyətin sonunu gətirə bilər- Stiven Hokinqin açıqlaması TƏSDİQİNİ TAPIR...

  • 18 Dekabr 2019

Ötən il 76 yaşında dünyasını dəyişmiş fizika professoru Stiven Hokinqin bəşəriyyətin sonu barəsində ozünəməxsus fikirləri mövcuddur.

O, kosmosdakı qara dəliklərlə bağlı araşdırmaları ilə məşhurdur.

Hokinq öz araşdırma sahəsindən kənara çıxaraq qarşıdakı dövrlərdə bəşəriyyəti gözləyən çətinliklər barəsində də yazıb. Onun bu sahədəki açıqlamalarında bəşəriyyətin digər planetlərə köçməsinin lazım olduğu bildirilirdi. Onun fikrincə, insanlığı dünyadan siləcək hadisələrdən qaçmaq mümkün deyil. Bu hadisələr arasında meteroitlə toqquşma, süni zəka, iqlim dəyişikliyi, genetikası dəyişdirilmiş viruslar və ya nüvə müharibəsi kimi olayların adını çəkir.

2016-cı ildə BBC kanalına müsahibə vermiş Hokinq demişdi: “Dünyada bir il içərisində bir fəlakətin baş verməsi ehtimalı çox aşağıdır. Lakin bu ehtimal geniş bir zaman dilimində artar və min, on min il kimi bir zaman dilimində qətiləşər”.

O zaman ərzində bəşəriyyətin kosmosa yayıla biləcəyinə güvənən Hokinq qarşıdakı 100 il üçün insanlara belə xəbərdarlıq eləmişdi: “Qarşıdakı 100 il boyunca kosmosda koloniyalar sala biləcək texnologiyalar əldə edə bilməyəcəyik. Buna görə də bu prosesdə çox diqqətli olmaq lazımdır”.

O, 2014-cü ildəki çıxışda demişdi: “Süni zəkanın tam inkişafı bəşəriyyətin sonunu gətirə bilər”.

Hokinqin fikrincə, indiyə qədər hazırlanmış süni zəkalar çox faydalı olub. Onun özü də insanlarla süni zəka proqramı vasitəsi ilə danışırdı. Lakin Hokinq zəkalı robotların təkmilləşdirilmiş formalarının insanlardan daha üstün ola biləcəyini düşünürdü.

Stiven Hokinq dünyadakı həyata dair n böyük təhdidlərdən birinin iqlim dəyişikliyi ola biləcəyini düşünürdü.

Hokinq bu səbəbdən ABŞ-ın Paris müqaviləsindən imtina eləməsinə dair narahatlıqlarını da açıqlamışdı: “Geriyə dönüşü olmayan nöqtəyə çox yaxınıq. Trampın bu addımı dünyanın 250 dərəcədə istilikdə və turşu yağışlarının yağdığı Veneraya bənzəməsinə gedən yolu aça bilər”. Kosmosun hər yerindən ağıllı varlıqlara dair siqnalları araşdıran SETİ kimi qurğular mövcud olsa da, Hokinq kosmosdakı digər ağıllı varlıqlara səslənməyə qarşı xəbərdarlıq edirdi. 2010-cu ildə “Discovery Channel” kanalına müsahibə verən Hokinq kosmosdan gələnlərin Yer planetinin sərvətlərini talan edib yollarına davam ed bilcəyi ehtimalından narahat olduğunu söyləmişdi: “Əgər yadplanetlilər bizi ziyarət edərlərsə, bu, Kristofor Kolumbun Amerikaya ayaq basması kimi olacaqdır. Bu, yerli amerikalılar üçün heç də yaxşı olmamışdı. Ağıllı varlıqların tanış olmaq istəmədiyimiz bir növə necə çevrilə biləcəyini görmək üçün özümüzə baxmağımız kifayətdir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır