Stels Snayper: F-22 Raptor-un yeni missiyası?

  • 18 Dekabr 2019

ABŞ ordusunun “Şel” polkovnik-leytenantı “Raptor”ların hava məkanının dekonfliktləşdirilməsinə və Rusiya ilə Suriya təyyarələrinin ABŞ qoşunlarından kənarda saxlanmasına necə kömək etdiyini izah edərkən bildirib ki, F-22 özünün aktiv və passiv sensorlardan ibarət kompleks dəsti sayəsində bunu rahatlıqla edə bilər. Bu dəst instrumentlərlə birləşərək, məlumatların bir yerə toplanması və pilotun displeyində görülməsini təmin edə bilir. Koalisiyanın hücum təyyarəsi hədəfə yaxınlaşarkən “Raptor”lar onları istiqamətləndirmədə köməklik edir.

F-22-ni bir snayper kimi düşünsək, o, lazım olduğu halda gücdən istifadə edə bilər, lakin onun Yaxın Şərqdə əsas vəzifəsi səmadan müşahidəni təmin etməkdir. 2016-cı ilin avqustunda F-22-lər Suriyanın şimal-şərqində fəaliyyət göstərən amerikalı komandolara yaxınlaşan Suriya Su-24-lərini izlədilər. F-22-nin stels qabiliyyəti bu qoşa mühərrikli təyyarəyə potensial düşməninə və ya yer-hava raket komplekslərinə daha da yaxın olmağa imkan verir.

F-22 artıq yetişkin bir təyyarədir. İlk uçuşunu 1997-ci ildə həyata keçirən bu təyyarə müharibədə iştirak edib. ABŞ HHQ onları azı 43 il istifadədə saxlamağı planlaşdırır. Onun strukturunun möhkəmliyini, istifadə şərtlərinin isə elə də ağır olmadığını nəzərə alsaq, bunun mümkün olacağını təxmin edə bilərik.

Buna baxmayaraq, artıq “Raptor” istehsal olunmur. Onun istehsal xətti bağlandığından inşası çox baha başa gəlir. Təyyarənin kompüter texnikası 1990-cı illərdən qalıb və komponentlərin bəziləri hətta daha əvvələ aiddir. ABŞ HHQ-nin yeni növ texnologiyalara sahib 1700 ədəd F-35 almağı planlaşdırdığını nəzərə alsaq, F-22-nin yenidən istehsal xəttinin başladılmayacağını ehtimal etmək olar.

ordu.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır