Rusiya son model qırıcı təyyarələrini HAVAYA QALDIRDI - Ayın sonuna qədər...

  • 18 Dekabr 2019

Rusiyanın beşinci nəsil "Su-57" döyüş təyyarələri 2-ci sınaq mərhələsini tamamlayıb.

Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov danışıb.

"Krasnaya Zvezda"ya müsahibə verən general, sınaqların Suriyada aparıldığını deyib. Əlavə edib ki, test mərhələsində planlaşdırılmış bütün vəzifələr döyüş təyyarələri tərəfindən uğurla tamamlanıb.

Qeyd edək ki, "Su-57" təyyarələrinin ilk seriyasının Rusiya ordusunun xidmətinə bu il başa çatmadan verilməsi planlaşdırılır. İlk mərhələyə 76 təyyarə daxildir.

Publika.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır