WhatsApp messencerində növbəti boşluq aşkar edildi

  • 18 Dekabr 2019

"WhatsApp" istifadəçiləri eyni qrup çatında olduqları insanların qurğularında messencerin işini bloklamaq imkanına malik olublar. Bu haqda İsrailin "Check Point" şirkətinin araşdırmasında deyilir. Aşkar edilmiş boşluq telefonlarda qəza rejimini işə salmağa imkan verirdi. Hazırda bu problem messencerin 2.19.246-dan yuxarı versiyalarında aradan qaldırılıb.

Hakerlər, həmçinin istifadəçilər tərəfindən göndərilmiş mesajların məzmununu deşifrə edə bilirdilər. Tədqiqat şirkətinin analitikləri bildiriblər ki, beləliklə hakerlər çatlardan məlumatları ələ keçirə, hətta onları birdəfəlik silə bilirdilər.

"Check Point" şirkətinin məlumatına görə, sözügedən boşluğun səbəbi XMPP sürətli mesajlaşma protokolunun xüsusiyyətləri ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır