Dünya üzrə EF English Proficiency Index nəticələri açıqlandı: Azərbaycan neçənci yerdədir?

  • 18 Dekabr 2019

Chip.az xəbər verir ki, dünya üzrə "EF English Proficiency Index" nəticələri açıqlanıb.

Belə ki, dünya üzrə İngilis dilini bilmə səviyyələrinə görə ilk beşlikdə Hollandiya, İsveç, Norveç, Danimarka Sinqapur yer alıb. Sıralamadakı ən sonuncu ölkə isə Liviyadır. Ümumiyyətlə dünya üzrə qeydə alınan bu göstəricilərə əsasən qadınlar kişilərdən daha yaxşı İngilis dilində danışırlar.

100 ölkənin adının yer aldığı bu siyahıda Azərbaycan 85-ci sırada yer alıb ki, bu da "çox zəif" İngilis dili bilən ölkələrin sırasında olduğumuzu göstərir. Qonşu ölkələrdən Rusiya 48-ci, Gürcüstan 56-cı, Türkiyə isə 79-cu yerdə qərarlaşıb.

 

CHİP.AZ

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır