5700 il əvvəl yaşayan Lola-nın çeynədiyi saqqız tam insan genomunu araşdırmağa imkan yaratdı

  • 18 Dekabr 2019

Danimarkalı arxeoloqlar Syltholm-dakı qazıntılar zamanı 5.700 il əvvələ aid çeynənmiş saqqız tapıblar. Bu çeynənən saqqızı araşdıran alimlər onun üzərində insana məxsus tam genomun olduğunu aşkar ediblər.


Alimlər illərdir bəşəriyyət tarixini işıqlandırmaq üçün müxtəlif araşdırmalar aparır. Dünyanın demək olar ki, hər bölgəsinə yayılan bu tədqiqatçılar bəzən çox maraqlı və gözlənilməz nəticələr ortaya qoyurlar. Danimarkada aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş 5.700 illik saqqız alimləri təəccübləndirdi. Çünki, bu çeynənən saqqız özündə bir insanın tam genomununu ehtiva edir.

Chip.az xəbər verir ki, Danimarkanın cənubundakı ölkəni İsveçdən ayıran boğazda "Sylthom" adlı bir adada tədqiqat işləri aparan arxeoloqlar, 5.700 illik saqqız parçasını tapıblar. Belə ki, bu saqqız ağcaqayın ağacından əldə edilib. 

Sakız
Arxeoloqlar tərəfindən aşkar edilən bu çeynənmiş saqqız araşdırma üçün laboratoriyaya göndərilib. Tədqiqatçılar bu saqqızın 5700 il əvvəl bir qadın tərəfindən çeynənildiyini aşkarlayıb. Tədqiqat nəticəsində 5700 il əvvəl yaşamış bu qadının tam genomunu ortaya çıxıb. Tədqiqatçılar həmin qadını Lola adlandırıblar. Bu araşdırma Lola-nın qidalanması və ağzındakı bakteriyalar haqqında məlumat almağa imkan verib.

Mövzuyla əlaqədar açıqlama verən Kopenhagen Universitetindən Theis Jensen, Syltholm-ın bənzərsiz bir yer olduğunu söyləyir, çünki bu bölgə tamamilə palçıqla örtülüb və palçıq üzvi materialların qorunmasında böyük rol oynayır. Əslində bir çeynənmiş saqqızdan bir insanın tam genomunu əldə etməsi məhz həmin palçığın nə qədər təsirli olduğunu göstərir.

CHİP,AZ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır