Google, Amazon, Uber və Nike kimi şirkətləri uğurlu edən 5 prinsip

  • 18 Dekabr 2019

Uğurlu bir şirkətə çevrilmək üçün əvvəlcə başlanğıc yeri yaxşı müəyyənləşdirməli, hədəfə fokuslanmalı, düzgün qərarlar qəbul edib güclü bir iradə ilə hərəkətə keçilməlidir. “Google”, “Amazon”, “Uber” və “Nike” kimi şirkətlər tək bir addımla böyümədilər, zamanla çoxlu addımlarla zirvəyə çatdılar. Bütün bunlar baş verərkən də mistik bir güc dəstəkləmədi onları, sadəcə işini bilən peşəkar insanları düzgün işlərə yönəltdilər. Bunu edərkən də onların bəzi strategiyaları var idi.

Eyni strategiya həm şirkətlər üçün, həm də fərdlərin inkişafı üçün keçərlidir. Hədəfə gedən yolda edilməsi lazım olanlar müəyyənləşdirilir və edilmiş səhvlər düzəldildikcə uğur da qaçınılmaz olur. Bəs, bu şirkətlərin böyük olmasına imkan verən 5 prinsip nədir?

1) Oyunda uzun müddət qalmaq

Əslində uğurlu işin yarısı səbrdir. Rəqabətdə uzun müddət sağ qalmaq və bu oyunu uzun müddət oynamağa davam etmək çox önəmlidir. Çünki, uğur bir gündə qazanılacaq bir şey deyil. Bezos “Amazon”nun uğurunu rəqabət oyununda uzun müddət qala bildiyi ilə əlaqələndirir.

2) Böyük düşün, kiçik başla

Böyük şirkətlər raket atmadan öncə balaca mərmilər yandıraraq bacarıqları və edə biləcəkləri haqqında dəlil toplayırlar. Kiçik addımlarla böyük işlər görənlərdən biri də “Google”un təsisçisi Larri Peycdir. “Google Books”u (google kitabları) yaratması bir skaner alıb kitab səhifələrini skan etməsi ilə başladı. Sonra bunu onlayn vəziyyətə gətirdi və bu sayədə kiçik bir addımla böyük bir işi də həyata keçirmiş oldu.

3) Tənqidləri qəbul edin

Biz insanlar mükəmməl varlıqlar deyilik. Etdiyimiz işlər də mükəmməl olmaya bilər. Bəzən uğursuz olmağımız da olduqca təbii bir haldır. “Amazon”un təsisçisi Bezos deyir ki, uğursuz olduğunuza görə sizə söylənən tənqidlər əslində bir fürsətdir. Çünki, uğursuz olduğunuzu gördüyünüzdə onu düzəldəcək şansınız olacaq deməkdir.

“Uğursuzluq prosesin bir hissəsi idi, biz də bunu uğurlu bir şəkildə sovuşdurduq”. – Cef Bezos

4) Bazarda bir boşluq tap

“Uber” bazarda bir boşluq taparaq qlobal taksi sektorunu sirkələdi və daha fərqli, yenilikçi bir rolu öz üzərinə götürdü deyə bilərik. Onlar bu yolda ilk olaraq dövrün texnologiyasından lazımınca faydalandılar və vacib tədbirlərin sponsoru olaraq da brendlərinin nüfuzunu artırmağa fokuslandılar. Əsasən sosial mediadan yaxşı istifadə edərək insanlara təsir edə bildilər. Bu şəkildə də qlobal taksi sektorunda özlərinə önəmli yer tapmağı bacardılar.

5) Qalıcılıq yarat

“Just Do It” sloqanı və loqosunu harada görsəniz birinci ağlınıza gələn şey çox güman ki, “Nike” markasıdır. “Nike” yaddaşlarda qalmağı bacaran bir nümunədir. “Nike” sadəcə idman ayaqqabısı istehsal etməyə fokuslanmadı, eyni zamanda insanların beyinlərində yer almaq üçün də enerji sərf etdi. Bu yolda o da digər şirkətlər kimi milyonlarla insana təsir etmək üçün zamanla kiçik addımlar ataraq böyüdü. “Nike” da digər uğurlu və böyük şirkətlər kimi kütlənin həm fiziki, həm də mənəvi ehtiyaclarını fokuslanaraq, güvənlərini qazandı.

Chip.az techland.az-a istinadən yayımladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır