Twitterin qurucusu Mark Zükerberqi izləyici siyahısından çıxardı

  • 18 Dekabr 2019

Twitterin rəhbəri Cek Dorsinin bugün etdiyi bir hərəkətlə sosial mediyanın gündəminə oturacaq.

Bildiyimiz kimi Cek Dorsi Facebookun qurucusu Mark Zükerberqlə həm şirkət həm də ideya səviyyəsində rəqabətdədir. Cek Dorsi bu gün etdiyi hərəkətlə bu rəqabətə fərqli bir yön vermiş oldu.

Mark Zükerberqin Twitter hesabını izləyici siyahısından çıxaran Dorsi bunu etməyin olduqca maraqlı bir yolunu seçib.

BİgTechAlert adlı bir Twitter hesabl böyük şirkətlərin CEOları və yüksək vəzifəli şəxslərinin statuslarını paylaşır və bugünki paylaşımları olduqca maraqlıdır.

Cek Dorsi BigTechAlertin varlığından xəbərdar olmaq üçün hesabı izləməyə qərar verib. BigTechAlert də bunun ardınca Cekin onu izlədiyini status kimi paylaşıb. Əlbəttə Cek BigTechAlertin hesabını izlədikdən sonra atdığı hər addımın paylaşılacağını bilirdi. Bu səbəbdən @finkd hesabına sahib olan Markı izlədiyi insanlar siyahısından çıxarıb.

Bundan sonra necə deyərlər olanlar oldu. Maraqlısı isə odur ki, Mark Zükerberq 2012-ci ildən bəri Twitter hesabını istifadə etmir…

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər