Elektron siqaretlərlə bağlı yeni araşdırma aparılıb

  • 18 Dekabr 2019

ABŞ-da aparılan yeni bir araşdırmada elektron siqaret istifadəsinin xroniki ağciyər xəstəliklərinin inkişaf riskini artırdığını, ancaq siqaret çəkməkdən daha az zərər vurduğu göstərilir.

Amerika Profilaktik Tibb jurnalında 2013 ilə 2016-cı illər arasında aparılan araşdırma dərc olunub. 32 000 Amerikalı arasında aparılan araşdırma başladıqda bu insanlarda ağciyər xəstəliyinin əlamətləri yox idi.

Alimlər elektron siqaretdən istifadə edənlər arasında astma, bronxit, amfizem və xroniki obstruktiv ağciyər xəstəliyi kimi xəstəliklərin 1,3 dəfə artıq müşahidə edilə bildiyini müəyyən edib.

Həm elektron siqaret, həm də adi siqaretdən istifadə edən insanlar üçün risk təxminən üç dəfə artır. Tədqiqatın aparıcı müəllifi bir çox siqaret çəkən şəxsin elektron siqaret istifadə etməyə başladıqları zaman adi siqaretdən imtina etmədiyini qeyd edir.

Lakin tədqiqatda qeyd olunur ki, hətta tamamilə elektron siqaret istifadəsinə keçənlər üçün də ilk üç il risk böyükdür.

Keçən ay Ümumdünya Səhiyyə Təşkilatı bu məhsulların potensial zərərli təsiri ilə bağlı daha çox məlumatın ortaya çıxması ilə elektron siqaretin marketinqi və satışı ilə əlaqədar daha sərt qaydaların tətbiq edilməsinə çağırıb.

Səhiyyə işçiləri ölüm və xəstəlik halları ilə bağlı məlumatların ABŞ-dan Avropaya və xaricə yayıldıqca elektron siqaretkərin yaratdığı risklərdən olduqca dərin narahatlıq bildirir. Onlar bu yaxınlarda Belçikada bir gəncin ölümü, Filippin və dünyanın digər ölkələrində bu növ siqaretlərlə əlaqəli xəstəliklərin artmasının hərəkətə çağırış kimi qiymətləndirir.

amerikaninsesi.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır