Chevrolet Tahoe və Suburban nəsil dəyişdiriblər - FOTO

  • 18 Dekabr 2019

Amerikan filmlərinin baş avtomobil qəhrəmanları olan Chevrolet Tahoe və Chevrolet Suburban ofrouderlərinin yeni nəsli təqdim olunub. Məlumdur ki, hər iki ofrouder ABŞ-da çox populyardır: məsələn, Tahoe hər il 100 min, Suburban isə 60 min nüsxədə satılır. Bu səbəbdən də, hər iki modelin yenilənməsi ABŞ bazarı üçün əlamətdar hadisədir. General Motors bu yenilənməyə tam ciddiyəti ilə yanaşıb: rama üzərində inşa edilmiş ofrouderlər tamamilə müstəqil asqıya və dizel mühərrikinə sahib olublar.

Chip.az autograph.az-a istinadən bildirir ki, yeni Tahoe və Suburban modelləri iki il bundan öncə debüt etmiş Chevrolet Silverado pikapının yeni nəsli ilə geniş şəkildə unifikasiya ediliblər. Texnika ilə yanaşı avtomobillər kuzov panellərinin bir hissəsini də bölüşürlər. Ön tərəfin dizaynında isə pikapın ikimərtəbəli işıq texnikasınadan qalan yalnız gündüz hərəkət işıqlarının formasıdır. Fənərlər LED texnologiyasına sahibdirlər və yuxarı səviyyədə yerləşiblər. Ofrouderlər 18,20 və 22 düymlük təkər diskləri ilə təklif edilirlər.

Hər iki ofrouder salondakı döşməni aşağı salmağa imkan verən daha möhkəm ramaya sahib olublar. Tahoe modeli sələfindən hiss ediləcək dərəcədə iri olub: onun təkər bazası 125 mm (3071 mm), uzunluğu isə 169 mm (5351 mm) artıb. Avtomobilin eni (2058 mm) və hündürlüyü (1927 mm) demək olar ki dəyişməyib. Suburban modeli də irilənib: onun təkər bazası 105 mm (3407 mm) uzunluğu isə simvolik sayılacaq 32 mm (5732 mm) artıb.

Avtomobillərinin uzunluğunun artırılması onların salon quruluşuna müxtəlif formada təsir edib. Tahoe modelində artım üçüncü cərgə və baqaj bölməsi arasında bərabər şəkildə bölüşdürülüb. Modelin baqaj bölümünün həcmi 433 litrdən 733 litrə (SAE) qədər artırılıb. Suburban modelində isə əsas artım üçüncü cərgədə olub, baqaj bölümü isə 51 litr artaraq 1164 litrə bərabər olub.

Uzunluğun və salonun hündürlüyünün artırılması və oturacaqların optimallaşdırılmış qatlama mexanizmləri baqaj bölümünün maksimal həcmini genişləndirməyə imkan verib. Belə ki, ikinci və üçüncü oturacaq cərgəsinin qatlanması halında Tagoe 3479 litr (+30%), Suburban isə 4097 litr (+19%) yük götürə bilər. Yeri gəlmişkən ikinci cərgənin oturacaqları ilk dəfə uzununa tənzimləməyə malik olublar. 254 millimetrlik diapazona həm üçyerli divan, həm də opsional fərdi oturacaqlar malikdirlər.

Avtomobil klassik cihazlar panelini, işığı idarə etmək üçün dönən dəstəyi və mərkəzi konsoldakı düymələr bolluğunu qoruyub. Lakin, ötürmələr qutusunun ənənəvi sükanaltı dəstəyindən imtina edilib - onu sükandan sağda quraşdırılmış düyməli selektor əvəzləyib. Modellərin baza təchizatına 10-düymlük ekranı olan multimedia sistemi və marşrut kompyüterinin 4,2-düymlük displeyi daxil edilib. Əlavə ödənişlə cihazlar panelində 8-düymlük displeyi, 15-düymlük proyeksiya displeyini və arxa sərnişinlər üçün iki 12,6-düymlük displeyi də sifariş etmək olar.

Avtomobillər altı təchizat səviyyəsində təklif edilirlər: adi LS və LT, yolsuzluq Z71, idman RST, həmçinin Premier və High Country. Opsiyalar arasında Wi-Fi ötürücüsü, panoram tavan, doqquz dairəvi görüntü kamerası (yedəyə quraşdırılna kamera da daxil olmaqla) və elektron yardımçılar kompleksi daxildir.

Texniki hissədə baş vermiş əsas dəyişiklik əvvəlki bütöv körpünü əvəzləmiş müstəqil arxa asqıdır. Standart olaraq, modellər arxa asqı yay və passiv amortizatorlar ilə təchiz edilir. Əlavə ödənişlə isə Magnetic Ride Control asqısını sifariş etmək olar. Bundan başqa, ilk dəfə olaraq Tahoe və Suburban modellərini klirensi 102 mm diapazonunda tənzimləməyə imkan verən pnevmatik asqı ilə təchiz etmək də olar.

Hər iki ofrouder üç mühərrik ilə təklif edilir. Bunlar təkmilləşdirilmiş atmosfer V8 benzin mühərrikləri və Duramax dizelidir. 3,0-litrlik altısilindrli dizel mühərriki 281 at qüvvəsi və 623 Nm hasil edir. Birbaşa çiləməyə və silindrlərin bir hissəsinin söndürülməsinə malik olan benzin mühərrikləri 360 at qüvvəsi və 519 Nm fırlanma anı hasil edən 5,3-litrlik və High Country top-modifikasiyası üçün nəzərdə tutulmuş 426 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən 6,2-litrlik mühərriklər ilə təmsil olunurlar. Bütün güc aqreqatları 10-pilləli "avtomatla" tandemdə çalışırlar. Amerkada qəbul edilmiş ənənəyə görə, ofrouderlərin baza variantları arxa ötürmə ilə təklif ediləcəkdirlər. Əlavə ödənişlə ön oxda muftaya malik olan tam ötürməni və aşağı ötürmə cərgəsini sifariş etmək olar.

Chevrolet Tahoe və Suburban modelləri əvvəlki kimi Arlinqtondakı zavodda (Texas ştatı) buraxılacaqdırlar. Bu müəssisənin modernləşdirilməsinə 1,4 milyard dollar vəsait xərclənib. Yeni ofrouderlər satışa gələn ilin ikinci yarısında çıxacaqdırlar. Bundan sonra, modellərin dəbdəbəli əkziləri olan GMC Yukon və Cadillac Escalade modelləri debüt edəcəkdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır