İnstagram istifadəçiləri üçün MÜHÜM DƏYİŞİKLİK

  • 18 Dekabr 2019

“İnstagram” sosial şəbəkəsində yenilik tətbiq ediləcək.

Chip.az BAKU.WS.az-a istinadən xəbər verir ki, yeniliyə əsasən bundan sonra sosial istifadəçiləri paylaşımlarına yazılan xoşagəlməz şərhlərdən dərhal xəbər tuta biləcəklər.

Belə ki, paylaşılan hər hansı fotoya yazılan söyüş və təhqirlər barədə dərhal siqnal ötürüləcək.

İstəniləndə isə həmin sistemi söndürmək mümkün olacaq.

Bundan başqa, “İnstagram”da saxta (feyk) profillər də müəyyənləşdiriləcək və deaktiv olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər