Dünyada milyonlarla insanın istifadə etdiyi ''instagram''da yeni dəyişiklik olub.
Artıq ''İnstagram''da şərh yazarkən izləyici daha diqqətli olmalıdır. Şərhi yayımlamadan əvvəl ''İnstagram'' həmin izləyiciyə ''Şərhi paylaşmaq istədiyinizə əminsinizmi?'' sualını verəcək. Qeyri-etik şərh yazanlara isə xəbərdarlıq olunacaq. Süni intellektin oxuya bildiyi bu şərhləri yayımlayanların hesablarının təhlükəyə girmə ehtimalı da var. Əgər ''İnstagram'' lazım bilərsə həmin hesab bağlanacaq.