IDC: 5G qoşulmalarının sayı 1 milyardı ötəcək

  • 17 Dekabr 2019

"International Data Corporation" (IDC) şirkəti dünya beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) bazarı üzrə ilk proqnozunu açıqlayıb.

Chip.az "ICTnews"a istinadən yazır ki, ilkin qiymətləndirməyə görə, cari ilin yekunları üzrə dünyada "5G" qoşulmalarının sayı təqribən 10 milyon təşkil edəcək.

Sonrakı illərdə sahə üzrə sürətli inkişaf gözlənilir. Belə ki, 2019-2023-cü illərdə mürəkkəb faizlərdə ortaillik artım tempi (CAGR göstəricisi) 217,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Analitiklərin gözləntiləri özünü doğruldacağı təqdirdə 2023-cü ildə qlobal miqyasda "5G" qoşulmalarının sayı 1,01 milyarda çatacaq.

"IDC" ekspertləri tərəfindən "5G" bazarının sürətli inkişafına xidmət edəcək bir sıra amillər sadalanır. Bura trafikdən istifadənin və generasiya edilən məlumatların həcminin artması daxildir. Bundan başqa, internetə getdikcə daha çox yeni qurğunun qoşulması bağlantı sayının yüksək artımına səbəb olacaq. Həmçinin minimal yubanma ilə informasiyanın yüksəksürətli ötürülməsini tələb edən keyfiyyətcə yeni mobil servislər yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır