Hindistan BrahMos hipersəs raketini sınaqdan keçirib

  • 17 Dekabr 2019

Hindistan və Rusiyanın birgə hazırladığı “BrahMos” hipersəs qanadlı raketi bu gün Hindistanın şərq sahillərindəki “Çandipur” sınaq zonasında uğurla sınaqdan keçirilib.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, dünyanın ən sürətli hipersəs qanadlı raketi kimi təsvir olunan “BrahMos”un təkmilləşdirilmiş versiyasının 500 km məsafəni qət edə biləcəyi qeyd olunub.

İstehsalçıları raketin hədəflərini 99.99% dəqiqliklə vurduğunu iddia edirlər.

Qeyd edək ki, “BrahMos”u qurudan, eləcə də təyyarə, gəmi və sualtı qayıqlardan atmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır