Nümayəndələr Palatası Huawei-dən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib

  • 17 Dekabr 2019

ABŞ-ın Nümayəndələr Palatası hökumətin "Huawei" və milli təhlükəsizlik üçün təhdid yarada biləcək digər şirkətlərdən məhsullar almasına əngəl olan qanun layihəsini yekdilliklə qəbul edib.

Chip.az APA-ya istinadən verdiyi xəbərə görə, sözügedən qanun layihəsi bu həftə təsdiqlənməsi üçün Senata göndəriləcək.

Qanun layihəsinin Senatda respublikaçılar və demokratlar tərəfindən dəstəklənəcəyi gözlənilir.

Eyni zamanda, qanun layihəsi ABŞ-ın kiçik telekommunikasiya təminatçılarına şübhəli texnologiyalardan istifadəni aradan qaldırmaq üçün 1 milyard dollar dəyərində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.

Konqresin yaydığı açıqlamada bildirilib ki, "Huawei" kimi şirkətlər ABŞ-ın ticarət və təhlükəsizlik maraqlarına böyük təhlükə yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır