Yapon startapı təqaüdçülər üçün ekzoskelet hazırlayıb

  • 17 Dekabr 2019

Yaponiyanın INNOPHYS startapı ahıl şəxslərə işləməkdə kömək edəcək ekzoskeletlər hazırlayıb.

Yaponiyada əhalinin demək olar ki, üçdə birisinin yaşı 65-dən yuxarıdır. Bu isə xüsusilə əl əməyinin tətbiqi sahələrində işçi gücünün azalmasına səbəb olur. Ahıl insanların fiziki güc tələb edən sahələrdə işləmələrinə təkan vermək üçün INNOPHYS startapı ekzoskleletlər hazırlamğa başlayıb.

Muscle Suit cihazı “süni əzələlər”ə malikdir və onlar nasosla köpdürülür. Onlar alüminium çərçivə ilə gücləndiriliblər. Ekzoskelet omba və bel hissələrdə aparatın hərəkətinə təkan verir. O, 30 kq.-a kimi yükü qaldırıb daşımağa kömək edir. Ekzoskelet özü isə modifikasiyadan asılı olaraq 3,8 kq.-dan 5,5 kq.-a kimi yük daşıya bilir.

Belə bir cihazın qiyməti 1,2 min dollar edir. 2020-ci ildə sözügedən startap öz skeleti ilə dünya bazarına çıxmağa hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır