Dünya gözəli-2019 müəyyənləşib

  • 17 Dekabr 2019

Lodonda “Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi seçilib.

Chip.az APA-ya istinadən xəbər verir ki, tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub.

Toni-Enn Sinqxə tacı “Dünya gözəli-2018”-in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib.

 

“Dünya gözəli-2019” Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır