Rusiya Aya kommersiya yükləri daşımaq niyyətindədir

  • 17 Dekabr 2019

Rusiyanın “Roscosmos” dövlət kosmos fəaliyyətləri şirkəti Aya komersiya yüklərini daşımaq üçün qurğu yaratmağı nəzərdə tutur.

Chip.az “Report”a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Dmitri Roqozin bildirib.

O həm Rusiyanın, həm də başqa ölkələrin yüklərini daşıya biləcəklərini qeyd edib. Bu layihənin Ayada aparılan tədqiqatlara çəkilən xərcləri qarşılamaq üçün düşünüldüyü də diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır