Dünyanın ən uğurlu 5 startapının təsisçiləri kimlərdir? Onların hekayələri necə başladı?

  • 17 Dekabr 2019

Ən son texnologiya və smartfon tətbiqləri gündəlik həyatımızın vacib hissəsidir. WhatsApp, Twitter və Instagram tətbiqləri olmadan həyatımızı təsəvvür edə bilmərik.

Bildiyimiz və sevdiyimiz populyar tətbiqlər və ya veb saytların arxasında hansı hekayələr dayanır? Bu təşəbbüslərin təsisçiləri kimlərdir? Dünyadakı insanların həyatını dəyişdirən bu insanların hekayələri nələrdir

1. WhatsApp

Jan Koum ve Brian Acton

2007-ci ilin sentyabrında Jan Koum (solda) və Brian Akton (sağda) Yahooda təxminən 10 il işləyiblət. Hər ikisi Facebook-da iş üçün müraciət etsə də, rədd cavabı alıblar. Daha sonra Cənubi Amerikaya getdən gənclər 2009-cu ilin əvvəlində WhatsApp Inc-i təsis edir.

2015-ci ildə Koum və Akton şirkətlərini Facebook-a 22 milyard dollara satıb. Bu gün dünyada bir milyarddan çox insan bu tətbiqdən istifadə edir.

2.Airbnb

Joe Gebbia, Natan Blecharczyk və Brian Chesky

2007-ci ildə , Brian Chesky (sağda) və Joe Gebbia (solda) ciddi maliyyə problemləri yaşayırdılar. Bu problemin həlli etmək, pul qazanmaq üçün turistlərə şişmə döşək borc vermək fikrinə gəlirlər. 2008-ci ildə bu yaradıcı yaradıcı otaq yoldaşları üçüncü tərəfdaşı Nathan Blecharczyk (ortada) ilə birlikdə Airbnb, qısa müddətli yaşayış sahəsini icarəyə vermə xidməti yaratdılar. Hazırda bu platformada 191 ölkədə 100 minə yaxın şəhər mövcuddur.

3. Shazam

Chris Barton

1999-cu ildə Chris Barton, dostları Dhiraj Mukherjee, Philip Engelbrecht və Avery Wang ilə birlikdə musiqinin detallarını tapa biləcək bir tətbiq hazırladılar.Əvvəllər Shazam istifadəçiləri 4 rəqəmli telefon nömrəsinə zəng etməli və ifa olunan mahnı haqqında məlumatı musiqi mənbəyinə yaxın tutmalı cavab olaraq isə mesaj gözləməli idilər. Sonrada bu proqram iTunes, iPhone və App Store-da tətbiq olunmağa başladı.

 

3. YouTube

Steve Chen, Chad Hurley ve Jawed Karim

Hekayəyə görə, Çad Hurley (mərkəzdə) dostuna telefon videosu göndərməkdə çətinlik çəkir və YouTube-un ideyası yaranır. 2005-ci ildə Chad Hurley, layihə üzərində işləmək üçün Steve Chen (solda) və Jawed Karim (sağda) həmkarları ilə birlikdə çalışır. Jawed-in zooparkdakı ilk videosu 23 aprel 2005-ci ildə Youtube-də yayımlanır. Sadəliyi sayəsində YouTube dünyanın ən populyar video məzmunlu saytına çevrilir. 2006-cı ildə şirkət Google tərəfindən 1,65 milyard dollara alınıb.

 

4. INSTAGRAM

Mike Krieger və Kevin Systrom

2010-cu ildə iki Stanford məzunu Mike Krieger (solda) və Kevin Systrom (sağda) Burbn tətbiqini yaratdılar. Tətbiq fərqli yerlərə səfərlərinizi planlaşdırmağa, orada yerinizi işarələməyə və şəkillər paylaşmağa imkan verirdi. Tətbiq uğurlu alınmasa da istifadəçilər fotolarını paylaşdıqları hissəni bəyənirdilər. Kevin və Mayk 5 oktyabr 2010-cu ildə App Store Instagram adlı yeni bir tətbiq təqdim etdilər. Tətbiqin 2 ayda yəni Dekabr ayında artıq bir milyondan çox istifadəçisi var idi. 2012-ci ildə Facebook tətbiqi 1 milyard dollara satın aldı.

5. TWITTER

Evan Williams, Biz Stone və Jack Dorsey

Əvvəlcə Twitter, Jack Dorsey (sağda) tərəfindən hazırlanmış və bir şirkətin daxili rabitəsində istifadə olunan qısa mesajlaşma xidməti idi. Odeonun həmkarları Evan Williams (solda) və Biz Stone (ortada) bu fikri bəyəndilər və 2007-ci ildə Twitteri müstəqil şirkət olaraq qurdular. 2008-ci ildə tvitlərin sayı gündə 300 milyona çatmışdı. Bu gün Twitter.com ən populyar saytlar siyahısında 11-ci yeri tutur. Jack Dorsey eyni zamanda bir ödəniş şirkəti olan Square-in qurucularındandır.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər