İran iki yeni PUA-sını təqdim edib

  • 16 Dekabr 2019

Chip.az ordu.az-a istinadən xəbər verir ki, bunlardan biri bu ayın əvvəlində İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyin Xanzadi tərəfindən təqdim edilən “Simorq” PUA-sıdır.

“Elbit Systems” tərəfindən istehsal edilən “Hermes 450”yə bənzəyən ikinci PUA “Şahed-129”un dəniz versiyasıdır.

PUA İran Hərbi Dəniz və Hava Qüvvələri ilə birlikdə əməliyyatlar keçirib.

“Şahed-129” maksimum 1500 kilometr mənzilə və 24.000 fut (təqribən 7.3 kilometr) uçuş hündürlüyünə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır