Mühafizəçinin məktəbli ilə amansız rəftarı kameraya düşdü - VİDEO

  • 16 Dekabr 2019

ABŞ-ın Şimali Karolina ştatında, təhsil mərkəzlərinin birində mühafizəçi məktəblini vəhşicəsinə döyüb.

 

Ötən həftə baş verən insidentin görüntüləri “Daily Mail”də yayımlanıb.

 

Görüntülərdə məktəbli ilə bərabər hərəkət edən şəxsin uşağa hücum etdiyi, sonra isə onu qaldıraraq döşəməyə çırpdığı əks olunub. Daha sonra mühafizəçi balacanı sürüyərək harasa aparır.

 

Uşağın valideynləri baş verənlərdən sonra şok keçiriblər. Hadisə baş verən məktəbdə yoxlamalar aparıb, mühafizəçi araşdırma müddətində ödənişli məzuniyyətə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır