Təyyarədə üstünə kofe dağıdan qadının burnunu sındırdı

  • 16 Dekabr 2019

Hindistandan Moskvaya uçan təyyarədə kişi sərnişin qadının burnunu sındırıb.

 

49 yaşlı Natalya Kadarova Aleksey Kaşeyevin üstünə kofe dağıdıb.

 

Bundan qəzəblənən Kaşayev Kadarovanı yumruqla vurub və nəticədə onun burnu sınıb.

 

Tibbi müdaxilə edilən qadın Vnukovo hava limanından birbaşa xəstəxanaya göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır