Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimində iştirak edəcək

  • 16 Dekabr 2019

Rəqəmsal dünyanın inkişafı ilə əlaqəli getdikcə daha çox əhəmiyyət kəsb edən kiber təhlükəsizlik mövzusunda məlumatlılığı artırmaq üçün Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyi ilə İnformasiya Texnologiyaları və Rabitə Təşkilatı(BTK) tərəfindən 18 ölkənin iştirakı ilə təlim keçiriləçək.

Chip.az "Report"a istinadən xəbər verir ki, dekabrın 19-20-də keçiriləcək "Kiber Qalxan 2019" təlimlərinə Türkiyə, Azərbaycan, İspaniya, Litva, Albaniya, Çernoqoriya, Ukrayna, Hindistan, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tunis, Mərakeş, Nepal, Fələstin və İraq qatılacaq.

Komandalar zərərli proqram təhlilçiləri və kiber təhlükəsizliyin müxtəlif sahələrində; daxil olma testi, şəbəkə təhlükəsizliyi və sənaye nəzarəti sisteminin təhlükəsizliyi mütəxəssisi olan 5 nəfərdən ibarət komandalarla mübarizə aparacaqlar. Təlimlərdə ölkələrin kiber hadisələrə müdaxilə etmə qabiliyyəti və bu hadisələrə hazırlıq səviyyələri ölçüləcək.

Təlimlərin yekununda ilk 3-lüyə düşən komandalara medal veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır