Dünyada ən çox yayılmış etibarsız parolların siyahısı açıqlanıb

  • 16 Dekabr 2019

"NordPass" şifrə meneceri dünyada ən çox yayılmış etibarsız parolların siyahısını dərc edib.

Chip.az "Report"a istinadən xəbər verir ki, şirkətin saytı tədqiqatçılarının sızmalardan və boşluqlardan sonra əldə edilən 500 milyon parola əsasən nəticə əldə etdiklərini bildirib.

Qeyd olunur ki, istifadəçilər çox vaxt rəqəmlərdən ibarət şifrələrdən - məsələn "12345", "11111" və ya "123321" kimi kombinasiyalardan istifadə edirlər.

Səkkiz yüz mindən çox istifadəçi klaviaturadakı ardıcıl hərflərin kodunu - "qwerty" və ya "asdfgh" istifadə edir.

Bundan əlavə, qadın adları ilə olan parollar ("Nicole", "Jessica" və "Hannah") populyarlaşıb.

Yüz mindən çox insan "princess" (şahzadə), "iloveyou" (səni sevirəm), "test" (test) sözlərindən istifadə edir.

"NordPass" ekspertləri qeyd edirlər ki, istifadəçilər şifrəni unutmaqdan çəkindiklərindən asan seçimlərə əl atırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır