Almaniya Huawei-ni qadağan etsə Çin sərt cavab verəcək

  • 16 Dekabr 2019

Çin, Almaniyanın da "Huawei"ni qadağan etməsi vəziyyətində, milyonlarla Alman avtomobilin satıldığı ölkə olaraq cavab verəcəyini açıqlayıb.

Çinin Almaniyadakı səfiri Wu Ken, Huawei-nin 5G sahəsində Almaniya bazarından xaric edilməsi halında, Çin hökumətinin cavab verəcəyini söyləyib.

Chip.az "Marja"-ya istinadən xəbər verir ki, səfir Wu Ken Şənbə günü etdiyi açıqlamada, "Əgər Almaniya hökuməti Huawei-ni Almaniya bazarından xaric edəcək bir qərar versə, bunun sərt nəticələri olar. Çin hökuməti buna laqeyd qalmayacaq" şəklində bildirib.

Çinin Huawei-in 5G avadanlıqları ilə casusluq etdiyi bildirilir. Huawei isə casusluq və təxribat iddialarını dəfələrlə rədd edib.

Çin Almaniyanın avtomobil istehsalçılarının ən böyük bazarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır