Delivery Hero Cənubi Koreyanın ən böyük yemək sifarişi şirkətini alır

  • 16 Dekabr 2019

Delivery Hero Cənubi Koreya mərkəzli rəqibini satın almaq üçün razılaşdığını açıqlayıb. Paylaşılan məlumatlara görə Berlin mərkəzli Delivery Hero, Baemin kimi tanınan yemək sifarişi platformunu satın almaq üçün 3.48 milyard dollar ödəyəcək.

Delivery Hero bu anlaşma ilə Cənubi Koreya üzərindən Asiyada daha güclü addımlarla irəliləməyi hədəfləyir. Şirkətin 2014-cü ildə Cənubi Koreyanın ən böyük onlayn yemək sifarişlərindən biri olan Yogiyonun böyük bir hissəsini aldığını da xatırladaq.

Baemin və Yogiyo şirkətləri isə Cənubi Koreyada rəqibdirlər. Qısacası Delivery Heronun hazırda Cənubi Koreyanın yemək sifarişi sektorunu ələ aldığını söyləmək mümkündür.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər