Motorola yeni smartfonunu təqdim etməyə hazırlaşır

  • 16 Dekabr 2019

Oktyabrda Motorola şirkəti Moto G8 Plus və Moto G8 Play smartfonlarını buraxıb, indi isə bu seriyadan daha bir modelini təqdim etməyə hazırlaşır.

Söhbət Moto G8 Power-dən gedir. Cihaz 5000 mAh batareyaya malik olacaq, korpusunun qabariti isə 157.9 x 75.8 mm-dir. Beləcə, onun ekranı 6.2 və ya 6.3 dyüm olacaq.

Qeyd edək ki, bu məlumatlar Amerikanın FCC agentliyinin bazasıdan əldə edilib. XDA-Developers nəşriyyatının redaktorunun sözlərinə görə aparat Snapdragon 665 platformasında qurulacaq və artıq quraşdırılmış OC Android 10-la çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır