YouTube-dan 1 milyard dollar gəlir

  • 16 Dekabr 2019

ABŞ-da fəaliyyət göstərən texnologiya nəhəngi “Google”un video xidməti “YouTube”un qazancı 1 milyard dolları keçib. Bununla da YouTube,  “milyard dollarlıq klublar”a daxil ola bilib. Bu termin 1 milyard dollardan çox qazanc əldə edən tətbiq və platformalar üçün istifadə olunur.

İllərdir çox sayda üzvünün olmasına baxmayaraq kifayət qədər qazancı olmamaqla qınanan YouTube, son illərdəki böyüməsi ilə nəhayət bu klubda yerini aldı.

2016-cı ildə təxminən 50 milyon dollar gəlir əldə edən YouTube, son günlərini yaşadığımız 2019-cu ildə gəlirini 563 milyon dollara çatdırdı. Ötən il isə bu rəqəm  277 milyon dollar idi. Google YouTube-u 2006-cı ildə 1.65 milyard dollara əldə edib.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər