İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...

  • 14 Dekabr 2019

İngiltərə Kraliçası İkinci Elizabet dünya mediasında və ictimaiyyət qarşısındakı imicini sosial mediada nümayiş etdirəcək bir mütəxəssis axtarır.

Chip.az moderator.az-a istinnadən xəbər verir ki, sözügedən iş ilanında rəqəmsal texnologiya dünyasının mütəxəssisləri elana müraciət etməyə dəvət edilir.

Deakabr ayının 24-ünə qədər müraciət edilə biləcək iş elanında işə qəbul ediləcək mütəxəssisin tək başına çalışmayacağı və Kral ailəsinin imicini sosial media platformalarında əks etdirən bir qrupa rəhbərlik edəcəyi bildirilib.

Sözügedən elanda işə qəbul ediləcək şəxsə təcrübəsinə bağlı olaraq ildə 45 min ilə 50 min sterlinq arasında bir maaş təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır